Bakı. Trend:
Xırdalan şəhərində yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulması ilə əlaqədar 24 yanvar 2020-ci il tarixində gün ərzində Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Trend “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.