...

Son iki gündə 400-dən çox özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib (FOTO)

İqtisadiyyat Materials 3 Fevral 2020 14:40 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsi prosesi davam edir.
Son iki gündə 400-dən çox özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsi prosesi davam edir.

Nazirlikdən Trend-ə bildirilib ki, son iki gün ərzində Bakı, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Şuşa, Quba, Şabran, Xaçmaz rayonları üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 400-dən çox iştirakçı aktivlərlə təmin edilib.

Onlar verilmiş aktivlər hesabına istehsal-xidmət sahəsi üzrə kiçik müəssisələrini qurublar. İştirakçılara mebel kəsimi, plastik qapı pəncərə istehsalı, avtoyuma avadanlıqları, playstation aparatları və s. təqdim edilib.

Qeyd edək ki, ötən il 10 min 352 nəfər işsiz və işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb edilib. Cari il üzrə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti