...

Bu avtomobillər gömrük rüsumundan azad edilib

İqtisadiyyat Materials 4 Fevral 2020 19:43 (UTC +04:00)
Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Bu avtomobillər gömrük rüsumundan azad edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilməsi rüsumdan azad edilib.

Digər avtomobillər üçün isə 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb.

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti