...

"Yelo Bank" Lənkəranda yeni konseptdə filialın açılması üçün tender keçirir

İqtisadiyyat Materials 20 Fevral 2020 16:57 (UTC +04:00)
"Yelo Bank" ASC yeni "Lənkəran" filialının təmiri üçün açıq tender elan edir.
"Yelo Bank" Lənkəranda yeni konseptdə filialın açılması üçün tender keçirir

Bakı. Trend:

"Yelo Bank" ASC yeni "Lənkəran" filialının təmiri üçün açıq tender elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, ümumi sahəsi 500 kvadratmetr olan yeni bina iki mərtəbədən ibarətdir.

Tender iştirakçılarına təmir ediləcək sahənin planı təqdim ediləcək.

Qalibin seçilməsi zamanı aşağıda qeyd edilmiş bəndlər əsas götürüləcək:

  • Təklif edilən qiymət;
  • Təmirin tam icra edilmə müddəti (2 ay);
  • İstifadə ediləcək materialların keyfiyyəti;
  • Sifarişçiyə görülmüş islərin nəticəsi barədə həftəlik hesabat verilməsi.

Qeyd edək ki, təmir işləri 2 mart 2020-ci il tarixində başlamalı.

Tender təkliflərinin qəbulu 27 fevral 2020-ci il tarixində yekunlaşacaq. Bu tarixədək tenderdə iştirak etməkdə maraqlı olan şəxslər aşağıdakı məlumatlar təqdim edilməlidir:

  • tenderdə iştirak üçün yazılı müraciət
  • iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surəti;
  • tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
  • iki nüsxədə Azərbaycan və rus dilində tender təklifi (istifadə olunacaq materialların istehsalçı ölkə barəsində məlumat);
  • inzibati binanın təmir edilməsi üçün tələb olunan müddət.

Sənədlər tender təklifi ilə birlikdə 27 fevral 2020-ci il tarixində saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin 30 yerləşən ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.

Yaranacaq bütün sualları aşağıdakı məsul şəxslərə ünvanlaya bilərsiniz:

Fərid Mahmudov - [email protected], (+99450) 363 97 42

Azər Cəfərov - [email protected], (+99450) 312-27-07

Məqalədə:
Xəbər lenti

Xəbər lenti