...

Azərbaycanda bank sektorunun mənfəəti artıb

İqtisadiyyat Materials 11 Mart 2020 10:32 (UTC +04:00)

Bakı. Eldar Canaşvili - Trend:

2020-ci ilin yanvarında bank sektorunun xalis mənfəəti 49,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 16 faiz çoxdur.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, mənfəət 167,5 milyon manat həcmində faiz gəlirlərindən (o cümlədən 131,1 milyon manat – kredit faizləri üzrə gəlirdən), 50,1 milyon manat qeyri-faiz gəlirlərindən formalaşıb. Bankların faiz xərcləri 47,6 milyon manat, o cümlədən əmanətlər üzrə faiz ödəmələri 32,6 milyon manat, qeyri-faiz xərcləri 93,9 milyon manat təşkil edib.

Nəticədə 71,4 milyon manat məbləğində əməliyyat mənfəəti formalaşıb. Hesabat dövründə banklar aktivlər üzrə mümkün itkilərin qarşısının alınması üçün 16,2 milyon manat ayırıb və mənfəət vergisi qismində 55,1 milyon manat ödəyib.

Qeyd edək ki, 30 bankın filiallarının ümumi sayı 508, şöbələrin sayı 132, bankomatların sayı 2659-a bərabər olub. Bu ilin yanvarında bank sektoru əməkdaşlarının sayı 19 572 nəfər təşkil edib, bir ay ərzində artım 0,5 faiz (112 nəfər) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti