...

İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Mart 2020 12:42 (UTC +04:00)
2020-ci ilin fevralında İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın ümumi həcmi 87,136 milyon dollar təşkil edib
İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın həcmi açıqlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin fevralında İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın ümumi həcmi 87,136 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Ötən ay İstanbuldan Azərbaycana ixrac 2019-cu ilin fevralı ilə müqayisədə 21,66 faiz artaraq 67,202 milyon dollar, Ankaradan ixrac 51,21 faiz artaraq 14,383 milyon dollar, İzmirdən ixrac 15,03 faiz artaraq 5,51 milyon dollara bərabər olub.

Statistikaya əsasən 2020-ci ilin yanvar-fevral aylarında İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın ümumi həcmi 168,011 milyon dollar təşkil edib.

Yanvar-fevral aylarında İstanbuldan Azərbaycana ixrac 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32,67 faiz artaraq 136,814 milyon dollar, Ankaradan ixrac 26,05 faiz artaraq 20,964 milyon dollar, İzmirdən ixrac 11,4 faiz artaraq 10,233 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana ixrac 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 245,009 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti