...

Xaçmazda yeni fındıq bağı salınıb, köhnə bağlardan isə 6 min tondan çox məhsul yığılıb

İqtisadiyyat Materials 8 Aprel 2020 14:38 (UTC +04:00)
Xaçmazda yeni fındıq bağı salınıb, köhnə bağlardan isə 6 min tondan çox məhsul yığılıb

Bakı. Trend:

Ötən il Xaçmazın fındıq bağlarından 6 min 627 ton məhsul yığılıb. Orta məhsuldarlıq hər hektara görə 14 sentner təşkil edib.

Trend-in məlumatına görə, Xaçmaz rayonunda 850 hektar sahədə yeni fındıq bağları da salınıb. Rayonda mövcud olan fındıq bağlarının 4 min 764 hektarı bar verir.

Rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi var. Bu məntəqələr məhsulu fermerlərdən sərfəli qiymətə alırlar. Ötən il bazarda fındığın 1 kiloqramı 5 manatdan baha satılıb.

Qeyd edək ki, Xaçmazda fındıq bağlarında məhsul toplanmasına iyul ayında başlanılır, yığım isə avqustun sonunadək aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti