...

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

İqtisadiyyat Materials 14 Aprel 2020 14:23 (UTC +04:00)
2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb
Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 13,1 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 99 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 077 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 23,9 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti