...

Türkiyədən Azərbaycana dəri məmulatları ixracının həcmi açıqlanıb

İqtisadiyyat Materials 19 May 2020 09:15 (UTC +04:00)
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,29 faiz azalaraq 4,864 milyon dollar təşkil edib
Türkiyədən Azərbaycana dəri məmulatları ixracının həcmi açıqlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,29 faiz azalaraq 4,864 milyon dollar təşkil edib.

Bunu Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabata əsasən, aprel ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin aprel ayı ilə müqayisədə 88,4 faiz azalıb və 230 min dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz azalaraq 469,426 milyon dollar təşkil edib.

Dəri məmulatları ixracı hesabat dövründə Türkiyənin ümumi ixracının 0,9 faizini təşkil edib.

Son 12 ay ərzində (aprel 2019 – aprel 2020) Türkiyə 1,553 milyard manat məbləğində dəri məmulatı ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti