...

Hesablama Palatası KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət edib

İqtisadiyyat Materials 10 İyun 2020 12:23 (UTC +04:00)
Hesablama Palatası KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət edib

Bakı. Trend:

Hesablama Palatası kollegiyasının növbəti kollegiya iclası videoformat şəklində baş tutub.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, Hesablama Palatası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.

Auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar olunmuş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti