...

PAŞA Bank biznesin inkişafı üçün kredit növlərini təqdim edir!

İqtisadiyyat Materials 18 İyun 2020 14:00 (UTC +04:00)
PAŞA Bank biznesin inkişafı üçün kredit növlərini təqdim edir!

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank ölkədə fəaliyyət göstərən kiçik və orta bizneslərinin inkişafı üçün tələb olunan vəsaitlərin sürətli əldə olunmasını təklif edir. Sərfəli və çevik şərtlər, rahat geri ödəniş cədvəli, təkrar müraciətlərin sürətli təhlili, girovun tələb olunmaması və minimum sənədləşmə - bunların hamısı PAŞA Bankın təklif etdiyi biznes kreditlərində öz əksini tapıb.

PAŞA Bankın biznes kreditlərini əldə edən KOB sahibləri aşağıdakı üstünlüklərdən faydalana bilər:

- Cari biznes kreditlərinin aylıq ödənişini azaltmaq
- Gündəlik əməliyyatlar üçün dövriyyə vəsaitini təmin etmək
- Nağd pul axınını davamlı edərək xərcləri qarşılamaq
- Debitor borclarını daha sürətli əldə etmək.

POS-terminal sahibləri isə POS kredit xətti ilə Banka getmədən, 3 iş günü ərzində 50.000 AZN-dək vəsaiti girovsuz əldə edə bilər.

Neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlərin təchizatçı və podratçı şirkətlərinin nağd vəsait ehtiyaclarının qarşılanması, PAŞA Bankın onlar üçün xüsusi yaratdığı girovsuz və aşağı faizli maliyyə həlli ilə mümkündür.

PAŞA Bankın KOS Müştəriləri üçün təqdim etdiyi bütün növ biznes kreditləri haqqında daha ətraflı məlumat almaq üçün https://www.pashabank.az/sme_banking/az/unified_loan_lending_order səhifəsinə keçid etmək və *8123 nömrəsinə zəng etmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti