...

"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

İqtisadiyyat Materials 30 İyun 2020 15:51 (UTC +04:00)
"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

Bakı. Samir Əli - Trend:

Bu gün "Azərişıq" ASC ölkəyə gətirdiyi "SMART card reader" cihazlarının təqimatını keçirib.

Trend xəbər verir ki, təqdimatı qurumun İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov edib.

O deyib ki, yeni cihazlar SMART kartların ev şəraitində yüklənməsinə şərait yaradacaq: "Bilirsiniz ki, son aylarda koronavirus pandemiyası ilə bağlı ölkəmizdə işlər aparılır. "Azərişıq" olaraq biz də bu işlərə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, "Azərişıq"ın mobil əlavəsinə etdiyimiz yenilikdən sonra "SMART card reader" cihazını telefona qoşmaqla ödəniş etmək olur. Hazırda yalnız android əməliyyat sistemli telefonlar üzərindən bu mümkündür".

"Azərişıq" təmsilçisinin sözlərinə görə, bu avadanlıqlar 300 mindən çox abunəçinin işini asanlaşdıracaq: "Hazırda "Azərişıq"ın 550 minə yaxın smart kart tipli sayğacı olan abunəçisi var. Həmin abunəçilərin istifadəsində olan smart kartlar iki cürdür. Hazırda yalnız onlardan bir qrupu bunu istifadə edə biləcək. Bu isə təxminən 300 mindən bir qədər artıq abunəçi deməkdir. Qarşıdakı günlərdə isə digər növ smart kart sayğaclarında da bunu istifadə etmək mükün olacaq.

Hazırda "SMART card reader"lərdən təxminən 3 000 ədəd gətirilib. Onların qiyməti 18-20 manat civarında olacaq. Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN Xidmət" mərkəzlərindən əldə edə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti