Bakı. Trend:
“Azərkosmos” Afrikanın “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək.
Trend-in məlumatına görə, “Prime African Media Systems” telekommunikasiya sahəsində fəaliyyət göstərir və peyk həlləri və teleport xidmətləri göstərir.
Əməkdaşlıq müqaviləsinə əsasən, “Prime African Media Systems” şirkəti Qərbi Afrika regionunda “Azerspace-2” peykinin tutumlarından istifadə etməklə “ATN TV” televiziya kanalının yayımını da həyata keçirəcək, Afrika regionunda, xüsusilə kabel şəbəkəsinin olmadığı yaşayış məntəqələrində sözügedən kanalın yayımını həyata keçirəcək.
“Prime African Media Systems” şirkətinin infrastruktur imkanları sayəsində Afrika regionunun əlçatmaz coğrafi məntəqələrinə innovativ peyk həlləri təqdim edəcəyik”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye deyib.
“Azərkosmos”la birgə fəaliyyətimiz Afrika regionunda yaşayan insanların təhsilində və onlayn platformalar üzərindən həyata keçirilən istənilən kommunikasiyanın təmin edilməsində bizim üçün böyük fürsətdir”, – deyə “Prime African Media Systems” şirkətinin texniki direktoru Viktori Xan qeyd edib.