...

Bu il sosial ödənişlər 707 milyon manat artıb

İqtisadiyyat Materials 12 Avqust 2020 12:38 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyul aylarında ümumilikdə 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım ödənilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu istiqamətdə ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çox olmaqla, 3 mlrd. 349 mln. manat vəsait ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti