Bakı. Trend:
Əksər avtomobil sürücüləri düşünür ki, əgər sürücü avtomobili ehtiyatla idarə edirsə və ya uzunmüddətli sürücülük təcrübəsinə malikdirsə, bu zaman avtomobil hər hansı təhlükəylə üzləşmir və KASKO sığortasına ehtiyac yoxdur. Lakin unutmaq olmaz ki, sığorta nəqliyyat vasitəsini yalnız hərəkətdə olduğu zaman deyil, həm də park edildiyi zaman üzləşə biləcəyi bütün risklərə qarşı qoruyur.
PAŞA Sığorta şirkəti olaraq bütün bunları nəzərə alıb müştərilərimiz üçün sərfəli qiymətlə üstün təminatlar təklif edən Parkinq KASKO könüllü avtomobil sığortası məhsulunu yaratdıq. İndi müştərilər sadəcə, 99 AZN sığorta haqqı ödəməklə, avtomobilləri üçün KASKO sığortası əldə edə biləcək. Bazar dəyəri 25 000 AZN-ə qədər olan avtomobil sahiblərinə isə məhsul daha az qiymətlə - 79 AZN sığorta haqqı ilə təklif olunur.
Parkinq KASKO məhsulu avtomobilinizi avtonəqliyyat hadisəsi riskləri istisna olmaqla, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, qaçırma, soyğunçuluq, yanğın, partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi gözlənilmədən qarşılaşa biləcəyi zərərlərə qarşı təminat altına alır.
Parkinq KASKO məhsulunu əldə etmək, eyni zamanda daha ətraflı məlumat üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə ( https://www.facebook.com/pasha.insurance/ ) göndərərək Parkinq KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.