Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,1 faiz azalaraq 2 milyard 217 milyon manat olub.
Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 424,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 64,3 faizini təşkil edib.
2020-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 55,0 faiz azalaraq 259,7 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 60,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 39,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 38,8 faiz azalaraq 159,0 milyon manat olub.