Bakı. Trend:
PAŞA Sığorta şirkəti müştərilərə könüllü avtomobil sığortası (KASKO) təminatından əlavə, Standart, Premium və PASHA Ladies imtiyaz paketlərini təqdim edir. Bu paketlər vasitəsilə, müştərilər sığorta ilə yanaşı, şirkətin təqdim etdiyi əlavə xidmət və üstünlüklərdən yararlanmaq imkanına sahib olur.
Artıq müştərilər Premium KASKO paketini əldə edərkən, digər xidmətlərlə yanaşı ödənişsiz taksi xidmətindən də istifadə edə biləcək. Belə ki, bu imtiyaz paketini əldə etmiş müştəri sığorta hadisəsi nəticəsində avtomobilin servisdə olduğu müddət ərzində ödənişsiz taksi xidmətindən yararlanacaq.Paketlər haqqında ətraflı məlumat əldə etmək, həmçinin paketlərdən hər hansı birini əldə etmək üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və Instagram səhifələri vasitəsilə, paketlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.