...

Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verildi

İqtisadiyyat Materials 10 Sentyabr 2020 14:53 (UTC +04:00)
Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib.

Trend-in məlumatına görə, bu barədə Günel Bəhramqızı özü məlumat verib.

G.Bəhramqızı bildirib ki, artıq fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunda davam etdirəcək: "Təmsil etdiyim qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa məmnuniyyətlə cavablandırmağa hazırıq! Sizi əməkdaşlığa dəvət edir, göstərəcəyiniz dəstək üçün təşəkkür edirəm!"

Qeyd edək ki, Günel Bəhramqızı indiyə qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb, "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "İqtisadi zona" verilişinin aparıcısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti