Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz artaraq 270,686 milyon dollar olub.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Avqust ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin avqustu ilə müqayisədə 5,62 faiz artıb və 27,869 milyon dollara bərabər olub.
Yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalaraq 11,492 milyard dollar təşkil edib.
Bu müddət ərzində Türkiyənin ümumi ixracında kimyəvi məhsulların payı 11,2 faizə bərabər olub.
Son 12 ay ərzində (avqust 2019 - avqust 2020) Türkiyə 18,709 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.