...

Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

İqtisadiyyat Materials 28 Sentyabr 2020 02:07 (UTC +04:00)
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,77 faiz artaraq 67,119 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Avqust ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin avqustu ilə müqayisədə 5,44 faiz artıb və 6,226 milyon dollara bərabər olub.

Yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 4,607 milyard dollar təşkil edib.

Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,9 faizə bərabər olub.

Son 12 ay ərzində (avqust 2019 - avqust 2020) Türkiyə 7,123 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti