...

Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək

İqtisadiyyat Materials 22 Oktyabr 2020 12:10 (UTC +04:00)
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək

Bakı. Trend:

Ermənistanın Türkiyədən məhsul idxalına müvəqqəti qadağa tətbiq etməsi Türkiyə iqtisadiyyatına heç bir təsir göstərməyəcək.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Vurğulanıb ki, Türkiyədən Gürcüstan vasitəsilə Ermənistana məhsul ixracının həcmi ümumi ixracın 1 faizini də təşkil etmir:

“Türkiyə məhsullarının Ermənistanda boykot olunmasının hansısa bir formada Türkiyə iqtisadiyyatına təsir edəcəyini düşünmək absurd və gülməlidir”.

Qeyd edək ki, Ermənistan hökuməti oktyabrın 21-də Türkiyədən məhsul idxalını müvəqqəti qadağan edən qərar qəbul edilib. Həmin qərar dekabrın 31-də qüvvəyə minəcək və 6 ay müddətində qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti