...

Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək

İqtisadiyyat Materials 26 Oktyabr 2020 18:32 (UTC +04:00)
Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək

Bakı. Trend:

Dövlət torpaq kadastrı fondundan istifadə qaydaları və onun mühafizəsi qaydalarına dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, icra məmurlarına “İcra haqqında” Qanuna uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi üçün fondun məlumat və materiallarından yazılı və ya elektron sorğu ilə istifadə hüququ veriləcək.

Qüvvədə olan qaydaya əsasən, fondun məlumat və materiallarından yazılı və ya elektron sorğu ilə istifadə hüququ sadəcə “Notariat haqqında” Qanununa uyğun olaraq notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün verilirdi.

Eyni zamanda, digər bir dəyişikliklə “İcra haqqında” Qanuna uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsində də dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti