...

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə

İqtisadiyyat Materials 24 Noyabr 2020 20:56 (UTC +04:00)
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə

Bakı. Sədrəddin Ağcayev - Trend:

Dünya aviaşirkətləri bu il və gələn il sərnişin daşımalarının kəskin azalması fonunda ümumilikdə 157 milyard dollar itirəcək.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Aleksandr de Junyak deyib.

O bildirib ki, IATA-nın proqnozlarına əsasən, 2020-ci ildə sərnişinlərin sayı 1,8 milyard nəfərədək azalacaq. 2019-cu ildə bu rəqəm 4,5 milyard nəfərə bərabər olub:

“Sərnişin daşımaları 2021-ci ildə qismən bərpa olunaraq 2,8 milyard nəfər həddində gözlənilir. Səbrsizliklə gözlənilən kütləvi peyvəndləmə 2021-ci ilin ortalarınadək ölkələr arasında aviaəlaqəyə müsbət təsir göstərməyəcək. Belə ki, sərhədlərin açılması 2021-ci ilin ortalarında gözlənilir”.

O əlavə edib ki, 2020-ci ildə sərnişin daşımalarından gəlirlər 69 faiz və ya 191 milyard dollaradək azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti