...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 3 Dekabr 2020 10:32 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin ötən 10 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

Trend-in məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480,0 milyon manat təşkil etmişdir ki, onun da 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0 faiz, bitkiçilik məhsulları üzrə isə 0,2 faiz artmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti