...

PAŞA Həyat “YAŞAT” Fonduna 100.000 AZN vəsait köçürüb

İqtisadiyyat Materials 15 Dekabr 2020 12:20 (UTC +04:00)
PAŞA Həyat “YAŞAT” Fonduna 100.000 AZN vəsait köçürüb

Bakı. Trend:

Ölkənin lider həyat sığortası şirkəti - PAŞA Həyat “YAŞAT” Fonduna 100.000 manat ianə edib.

“Xalqımız, dövlətimiz 44 gün müddətində əzəli torpağı Qarabağı savaş yolu ilə azad etməyi bacardı. Bu yolda minlərlə qəhrəman canını, sağlamlığını qurban verdi. İndi xalq olaraq biz mənəvi borcumuzu yerinə yetirməli, şəhid ailələrinin və yaralı hərbçilərin qayğısını çəkməli, onların ehtiyaclarını maksimum aradan qaldırmalıyıq. Bu səbəbdən ölkə Prezidentinin – Ali Baş Komandanın fərmanı ilə “YAŞAT” Fondunun yaradılması böyük rəğbətlə qarşılandı. Biz də bu fondun formalaşmasına öz töhfəmizi vermək istədik.“ - PAŞA Həyat-ın İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib.

Ümumilikdə PAŞA Holding şirkətlər qrupu İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş həmvətənlərimizin ailələrinin və qazilərin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna 2 milyon manat vəsait köçürüb.

Məlumat üçün qeyd edək ki, PAŞA Həyat 44 günlük müharibə dövründə ordumuza və soydaşlarımıza dəstək məqsədilə bir sıra fəaliyyətlər həyata keçirmiş, yardımlar etmişdi. Şirkət bundan öncə, 24 Noyabr tarixində də 10 illik yubileyi münasibətilə şəhid ailələrinə dəstək məqsədilə 100.000 manat məbləğində vəsait ayırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti