Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda 2020-ci il üzrə ümumi daxili məhsulun həcmi açıqlanıb.
Trend-in məlumatına görə, 2020-ci ildə Azərbaycanda ÜDM 72 milyard 432,2 milyon manat təşkil edib.
2019-cu illə müqayisədə ÜDM 4.3 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM həcmi 7 262,8 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 5 faiz azalma ilə müşahidə olunub.