Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması tarixi nailiyyətdir - Kamaləddin Qafarov

Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması tarixi nailiyyətdir - Kamaləddin Qafarov

Bakı. Trend:

“Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması və bu gün TAP-ın istismara verilməsilə artıq daha yüksək səviyyəyə keçid alması, ilk növbədə Prezident İlham Əliyevin bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində mümkün olub”.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bu sözləri yap.org.az saytına müsahibəsində deyib.

Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılmasının ölkəmiz üçün əhəmiyyəti, eləcə də TAP-ın istismara verilməsilə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında yaranan strateji əməkdaşlığın yeni formatı ilə bağlı öz fikirlərini paylaşan Kamaləddin Qafarov bu layihənin qlobal strateji əhəmiyyət kəsb etdiyini bildirib: “İlk növbədə mən Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə başda ölkə Prezidenti İlham Əliyev olmaqla hamımızı, bütün Azərbaycan xalqını təbrik edirəm. Həqiqətən də bu möhtəşəm layihə qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edir. Artıq bundan sonra ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri tamamilə yeni formatda davam edəcəkdir ki, bu formatın da Azərbaycanın milli maraqlarına tam uyğun olması birmənalıdır. Aydındır ki, bu layihənin həyata keçirilməsində bütün iştirakçı ölkələrin zəhməti, payı vardır. Lakin danılmaz həqiqət budur ki, məhz Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında xidmətləri müstəsna dərəcədə böyükdür. Əslində, bu layihənin gerçəkləşməsi bütün bu illər ərzində dövlətimizin başçısı tərəfindən nümayiş etdirilən prinsipial mövqe, qətiyyət və strateji idarəçilik sayəsində mümkün olub. Azərbaycan bu nöqtəyə çatmaq üçün uzun bir yol keçib. Bu yolda atılan ilk addım isə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünyanın aparıcı enerji şirkətləri ilə Azərbaycan arasında imzalanmış “Əsrin müqaviləsi” oldu. Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, bu, bizim enerji strategiyamızın reallaşdırılması istiqamətində atılmış vacib addım idi və 1994-cü il bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab oluna bilər. Daha sonra 1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium arasında “Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalandı. 1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrildi. Azərbaycan Xəzər dənizində fəaliyyət göstərmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə oldu. 1999-cu ildə Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəməri, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri istifadəyə verildi. 2007-ci ildə Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşası başa çatdırıldı. Nəhayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzalandı. 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırıldı. Şübhəsiz, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması bütün Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb edəcək tarixi nailiyyətdir.”

Daha sonra millət vəkili TAP-ın istismara verilməsilə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artacağını vurğulayaraq demişdir: “Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi hazırda Avropanı Xəzər dənizi ilə bağlayır. Yəni bu layihə dünya miqyaslı infrastruktur vasitəsilə Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirir, iqlim, iqtisadi və kommersiya məqsədlərinə nail olunmasına böyük töhfələr verir. İlk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına 3500 kilometrlik məsafəni qət edərək daxil olub. Əslində, bu layihə bütün Avrasiya məkanında yeni geoiqtisadi mühiti və dayanıqlı inkişafı, qlobal əməkdaşlığı təşviq edən bir formasiya yaradır. Öz növbəsində Azərbaycan öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməklə enerji dəhlizinin fiziki təhlükəsizliyini artırmış və bu layihəyə hərbi hədələri aradan qaldırmışdır. Beləliklə, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə zəmin yaradır. Azərbaycan artıq uzun illərdir ki, Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib və bu bölgədəki tərəfdaşları üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri, eləcə də ölkənin dəmir yolu sistemi vasitəsilə vacib nəqliyyat marşrutları üzrə təchizatı təmin edir. Yəni, Azərbaycan özünü etibarlı tranzit ölkə kimi təsdiq etmişdir. Eyni zamanda da reallaşan hər beynəlxalq layihə ölkəmizin iqtisadi gücünü, qüdrətini artırır. Əminliklə demək olar ki, Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması və layihənin sonuncu seqmenti olan TAP-ın istismara verilməsi növbəti on ildə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsi və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsi xüsusunda qarşıya qoyulmuş vəzifələrin icrasına misilsiz töhfələr verəcəkdir.”

Gəncədə 5 otaqlı ev yanıb
Gəncədə 5 otaqlı ev yanıb
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Loading Bars
Xəbər lenti
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
Bütün xəbərlər