...

AZAL Bakı-Dubay reyslərinə bilet satışına başladı

İqtisadiyyat Materials 19 Fevral 2021 14:27 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edib.

Bu barədə Trend-ə Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildiriblər.

Uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti