...

Əli Əsədovun sədrliyi ilə iclas keçirilib (FOTO)

İqtisadiyyat Materials 4 Mart 2021 11:20 (UTC +04:00)

Bakı. Trend:

Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda Hökumətə "2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti