...

Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub - Komitə sədri

İqtisadiyyat Materials 4 Mart 2021 11:33 (UTC +04:00)
Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub - Komitə sədri

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, bunun 6,3 milyard dollarlıq mal gömrük rüsumundan azad olunan məhsullardır:

“Ötən il ölkəyə 10 milyard dollar dəyərindən çox məhsul idxal olunub. Onlardan 4 milyard 398 milyon dolları, yəni 41 faizi idxal rüsumuna cəlb olunub. Digər məhsullar isə idxal rüsumundan azad olunanlardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti