...

"Alstom" Azərbaycanda elektrovozlara xidmət sahəsində təcrübəsini tətbiq edəcək

İqtisadiyyat Materials 19 Mart 2021 20:38 (UTC +04:00)
"Alstom" Azərbaycanda elektrovozlara xidmət sahəsində təcrübəsini tətbiq edəcək

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

Fransanın "Alstom" maşınqayırma şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-yə elektrovozlara xidmət göstərilməsi və zəruri ehtiyat hissələrin tədarükündə dəstək göstərəcək.

Bunu Trend-ə şirkətin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Giyom Tritter deyib.

O qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC iki müasir və yaxşı təchiz olunmuş elektrovoz deposu tikib: "Biz xidmətin optimallaşdırılması sahəsində təcrübəmizdən istifadə edərək dəmir yollarının texniki xidmət qruplarına məşğələlər keçəcəyik".

G.Tritter bildirib ki, 2017-ci ildən etibarən "Alstom" Azərbaycana 40 yük və 10 sərnişin elektrovozu tədarük edib.

İcraçı direktorun sözlərinə görə, AZ4A sərnişin lokomotivi "Alstom" şirkətinin "Prima" modul plartforması əsasında hazırlanıb. Bu platforma sərnişin xidmətlərinin göstərilməsi üçün operatorlara ən uyğun həll yollarının təqdim olunması üçün nəzərdə tutulub.

Bundan başqa, G.Tritter "Azərbaycan Dəmir Yolları" QSC-nin müraciəti əsasında MDB standartlarına və texniki şərtlərinə uyğun AZ8A yük elektrovozunun hazırlanması barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti