...

Azərbaycanda yüksək keyfiyyətli orqanik gübrə istehsalına başlanıldı (FOTO)

İqtisadiyyat Materials 9 Aprel 2021 12:19 (UTC +04:00)
Azərbaycanda yüksək keyfiyyətli orqanik gübrə istehsalına başlanıldı (FOTO)

Bakı. Trend:

“Karvan-L” Şirkətlər qrupu orqanik gübrə istehsalına başlayıb.

Şirkət yeni istehsal etdiyi “Power” adlı orqanik (üzvi) gübrəsini ən yüksəs keyfiyyətdə təklif edir. Məhsulun əsas tərkibi bitki inkişafı və məhsuldarlığı üçün xüsusi əhəmiyyətə malik olan təbii amin turşularından, humik turşulardan və polisaxaridlərdən ibarətdir.

İstehsal edilən məhsul yerli fermerlərin, aqronomların idxaldan asıllığını azaldacaqdır. Orqanik gübrə məhsulu yüksək keyfiyyəti ilə seçilir və digər brendlərlə rəqabət apara biləcək gücdədir. Qeyd edək ki, məhsulun nümayəndəliyi BƏƏ ölkəsində də açılıb.

“Power” gübrəsi bitkilərin vegetasiya müddətində 4 mərhələdə istifadə edilə bilər:

1. Köklənmə prosesi zamanı. Yeni əkilən bitkilərin kök sisteminin yaranmasını, güclənməsini və şaxələnməsini təmin edir.

2. Vegetativ inkişaf zamanı. Bütün vegetativ orqanların və yaşıl kütlənin formalaşmasında xüsusi rol oynayır.

3. Çiçəklənmə zamanı. “Power” gübrəsi bütün bitkilərdə çiçək sayının və keyfiyyətinin yüksəlməsini təmin edir.

4. Meyvə zamanı. Çiçəklərdən çıxan meyvələrin içərisinin dolmasında, böyüməsində, rəngində və dadında xüsusi rol oynayır.

“Power” gübrəsi məhsudarlığı artırır, bitkini gücləndirir, bitkinin immun sistemini yaxşılaşdırır, xəstəliyə davamlılığını, məhsulun dad və ətrində təbiiliyini daha da artırır. Bundan başqa bitkinin zoğunu möhkəmləndirir, yarpaqlarda xlorofilin miqdarının artırır.

Xatırladaq ki, 1996-cı ildən təsis edilən “Karvan-L” Şirkətinin müəssisələrində istehsal olunan məhsullar Azərbaycan bazarının tələbatını təmin etməklə yanaşı, xaricə də ixrac edilir. Şirkət məhsullarını dünyanın otuza yaxın ölkəsinə ixrac etməkdədir.

Daha ətraflı məlumat almaq üçün:

Əlaqə: + 994 55 214 48 77 Email:

[email protected]

Web: karvanl.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti