...

Əbu-Dabi Azərbaycanı "Yaşıl siyahı"ya əlavə edib

İqtisadiyyat Materials 23 May 2021 23:57 (UTC +04:00)
Əbu-Dabi Azərbaycanı "Yaşıl siyahı"ya əlavə edib

Bakı. Trend:

Azərbaycan Əbu-Dabinin turistlər üçün nəzərdə tutulan "Yaşıl siyahı"sına əlavə edilib.

Bu barədə Trend Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinə istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycandan gələn sərnişinlər Əbu-Dabiyə endikdən sonra məcburi karantin tədbirlərindən azad edilir və yalnız Əbu-Dabi hava limanına çatdıqdan sonra PZR testindən keçməlidirlər.

Mayın 23-ü yenilənən "Yaşıl siyahı"ya artıq 29 fərqli yer daxildir. Aprelin 25-dən qüvvədə olan əvvəlki "Yaşıl siyahı" ilə müqayisədə siyahıya Azərbaycandan əlavə, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və ABŞ da əlavə edilib.

Mədəniyyət və Turizm Departamenti "Yaşıl siyahı"nın yalnız BƏƏ-yə sərnişinlərin gəldiyi yerlərə aid olduğunu, vətəndaşlığa aid olmadığını da açıqlayıb. Siyahı BƏƏ cəmiyyətinin rifahını təmin etmək üçün ciddi sağlamlıq və təhlükəsizlik meyarları əsasında yenilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti