...

ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 9 İyun 2021 17:06 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb. Görüşdə ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı da müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

"Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi cənab Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik", - deyə, M.Cabbarov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti