...

Azərbaycanda benzin istehsalı azalıb

İqtisadiyyat Materials 19 İyun 2021 11:17 (UTC +04:00)
Azərbaycanda benzin istehsalı azalıb

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-may aylarında Azərbaycanda avtomobil benzinin istehsalı 5,4 faiz azalıb.

Trend-in məlumatına görə, ümumilikdə qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 603,6 milyon manat olmaqla, əvvəl ki ilin yanvar-may ayları ilə müqayisədə 3 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 79,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3 faiz, neft koksunun istehsalı 16,1 faiz, dizel yanacağının istehsalı 9,2 faiz artıb, neft bitumunun istehsalı 7,7 faiz, ağ neftin istehsalı 13,8 faiz, yanacaq mazutunun istehsalı isə 36,6 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti