...

Bakıda sənaye istehsalının və xidmətinin həcmi məlum olub

İqtisadiyyat Materials 7 İyul 2021 23:43 (UTC +04:00)
Bakıda sənaye istehsalının və xidmətinin həcmi məlum olub

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-may aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,2 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, sənaye məhsulunun 75,8 faizi mədənçıxarma, 20,8 faizi emal, 2,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,2 faiz olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,5 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2021-ci il vəziyyətinə 317,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 61,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti