Bakı. Zeyni Cəfərov - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 76,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 76,78 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)