Bakı. Sədrəddin Ağcayev Trend:
Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının cari il üzrə 3-cü faiz ödənişləri həyata keçirilib.
Trend-in "SOCAR Capital"a istinadən məlumatına görə, ödənişlərin ümumi məbləği 1,25 milyon dollar təşkil edib.
SOCAR-ın istiqrazları üzrə dördüncü və son ödəniş 2021-ci il oktyabrın 17-də keçiriləcək.
Qeyd edək ki, 2016-ci ildə SOCAR tərəfindən buraxılan istiqrazların ödənişləri üzrə ödəniş agenti qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi çıxış edir.
(Tərcümə: Orxan Nəbiyev)