Bakı. Səsdrəddin Ağcayev - Trend:
Azərbaycanda QAZ avtomobillərinin istehsalını genişləndirmək planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Rusiyanın "Müasir avtomobil texnologiyaları" şirkətinin direktoru Aleksey Slavin "Rusiya şirkətlərinin işgüzar missiyası" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ölkədə avtobusların istehsalını başlamaq planlaşdırılır:
"Hazırda Azərbaycanda 7 QAZ modelinin istehsalı təşkil olunub, gələcəkdə isə biz istehsal portfelini genişləndirməyi və "Azərmaş" platformasında avtobusların buraxılışına başlamağı planlaşdırırıq".
O əlavə edib ki, bu ilin avqustunda ekoloji təmiz avtobusların təqdimatı nəzərdə tutulub, bu avtobuslar da Azərbaycana təqdim olunacaq.
(Tərcümə: Orxan Nəbiyev)