Bərpa olunan enerji mənbələri sahəsində layihələr müsbət iqtisadi təsir göstərməyə də bilər - Brenda Şaffer (MÜSAHİBƏ)

Bərpa olunan enerji mənbələri sahəsində layihələr müsbət iqtisadi təsir göstərməyə də bilər - Brenda Şaffer (MÜSAHİBƏ)

Bakı. Nərgiz Sadıxova - Trend:

Bərpa olunan enerji mənbələri sahəsində layihələr müsbət iqtisadi təsir göstərməyə də bilər.

Bunu Trend-ə ABŞ Ali hərbi-dəniz donanma məktəbinin müəllimi, ekspert Brenda Şaffer deyib.

"Yaşıl" enerjinin inkişafının Azərbaycan iqtisadiyyatına hansı fayda verəcəyi barədə sualı cavablandıran B.Şaffer qeyd edib ki, bu məsələdə bərpa olunan və "yaşıl" enerji anlayışları arasında fərqi başa düşmək lazımdır:

"Bərpa olunan enerji həmişə "yaşıl" demək deyil, eləcə də əksinə. Bərpa olunan enerjinin bir çox formaları ətraf mühitə ciddi təsir göstərir. Faktiki olaraq, ən geniş yayılmış bərpa olunan enerji forması hidroenerjidir və o, ətraf mühitə ciddi mənfi təsir göstərir. Hidroenerji vəhşi təbiətə, bitkilərə, ekosistemə ciddi ziyan vurur, su axınına maneə yaradır, tətbiq olunduğu yerlərdə təbii gözəlliyi məhv edir. Beləliklə, hidroenerji turizmin inkişafı ilə tamamilə uyğun deyil. Buna görə də, Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində planlaşdırılan hər bir layihənin, neft-qaz sahəsindəki layihələrdə olduğu kimi, ətraf mühitə təsirlərini diqqətli şəkildə dəyərləndirməlidir".

B.Şafferin sözlərinə görə, bərpa olunan enerji mənbələri sahəsində layihənin birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcəyini demək olmaz:

"Bu, layihədən və konkret xərclərdən asılıdır. Çox vaxt hökumətlər bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisini dəyərləndirərkən elektrik enerjisi vahidinin satınalma qiymətini hesablayırlar. Amma elektrik şəbəkələrin yaradılması və xidmətini, eləcə də ehtiyat güclərinin dəstəklənməsini tələb edir. Hökumətlər adətən bərpa olunan enerji mənbələri sahəsində layihələrə dolayı subsidiyalar verir və istehsalçını texniki xidmət üçün ödəməyə vadar etmir. Beləliklə, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiyməti ilk baxışda göründüyündən daha yüksək olur".

O bildirib ki, məişətdə daha çox bərpa olunan enerjidən istifadənin və əlavə qaz həcmlərini ixraca yönəltmənin səmərəliliyi qaz ixracından əldə olunan ortalama mənfəətlə müqayisədə bərpa olunan enerjinin dəyərindən asılıdır.

Neft qiymətlərinin artımını şərh edən B.Şaffer qeyd edib ki, qiymətlər bir neçə səbəbdən yüksəkdir və böyük ehtimalla, yaxın həftələrdə və aylarda artım davam edəcək:

"Neft qiymətlərinin yüsək olmasının səbəblərindən biri odur ki, koronavirus pandemiyası neftə tələbatın yeni mənbələrini yaradıb. İnsanlar ictimai nəqliyyatdan istifadə etməkdən qorxur, ona görə də dünyada avtomobillərin satışı artıb. Bundan başqa, plastik məmulatların geniş istifadəsi neft istehsalına tələbatı artırıb, amma pandemiyaya qədər plastikə tələb azalma tendensiyası nümayiş etdirirdi".

O əlavə edib ki, neft qiymətlərinin yüksək olmasının daha bir səbəbi ABŞ-da hasilatın tam bərpa olunmamasıdır:

"Bu, bir neçə səbəbdən, o cümlədən Bayden administrasiyasının məhdudiyyətləri ilə əlaqədardır. Bu məhdudiyyətlər neft və qaz hasilatını daha da riskli edir və əvvəllər ABŞ-da şist neftinin hasilatından gəlir qazanan şəxslər, indi bu prosesə qayıtmağa həvəsli deyillər. Bu tendensiya dünya neft və qaz qiymətlərinə təsir edəcək. Belə ki, ABŞ-da təbii qazın böyük hissəsi səmt məhsuludur və neft hasilatı azaldıqca, əlavə məhsul qismində təbii qaz hasilatı da azalacaq".

B.Şafferin fikrincə, neft və təbii qaz qiymətləri bir müddət artmaqda davam edəcək, amma yekunda bəzi amillər bu tendensiyanı ləngidəcək:

"Yəqin ki, İran və Venesuelaya qarşı sanksiyalar dayandırılacaq və bazara yeni neft həcmləri çıxacaq. Bu, xammal həcmində kəskin artıma səbəb olmayacaq, belə ki, İran artıq böyük həcmdə neft ixrac edir, Venesuelada isə hasilat yerli neft sektorundakı problemlərlə bağlı məhduddur. Yekunda qlobal resessiya yaranacaq və neftə, digər məhsullara tələbat azalacaq".

ABŞ və Avropada enerji siyasətinin mövcud tendensiyalarını şərh edən B.Şaffer qeyd edib ki, bu, neft-qaz şirkətləri üçün digər regionlarda əlverişli imkanlar yaradır:

"İndi neft və qaza tələbatda qlobal dəyişikliklər yoxdur. Eyni zamanda, Qərb hökumətləri və ictimaiyyətin bir hissəsi Qərbdə neft-qaz şirkətlərinin işini çətinləşdirir. Beləliklə, ABŞ və Avropa xaricində şirkətlərin məhsullarına tələbat saxlandıqca, onlar azı 15-20 il, karbohidrogenlərə tələbin yüksək olduğu müddətdə yaxşı mənfəət əldə edəcəklər".

O əlavə edib ki, Qərbdə bəzi neft-qaz şirkətləri tullantıları azaltmaq üçün mənfəətli neft-qaz aktivlərini satır və indi onları əldə etmək üçün yaxşı vaxtdır. Belə ki, şirkətlər bərpa olunan enerji mənbələrinə iri yatırımlar etmək üçün bu aktivləri aşağı qiymətə satır:

"Azərbaycanın neft və qaza uzunmüddətli tələbatda mümkün dəyişikliklərlə bağlı strategiyası necə olmalıdır? İndi ən yaxşısı, mümkün qədər çox mənfəət əldə edib onu müxtəlif sahələrin inkişafı üçün istifadə etməkdir. Bu sahələr enerji ilə bağlı olmaya da bilər. Bəziləri hesab edir ki, neft-qaz şirkətləri bərpa olunan enerji ilə işləyən müəssisələrə çevrilməlidir. Amma çətin ki, bu mümkün olsun. Neft-qaz şirkətləri bərpa olunan enerji mənbələri və kommunal xidmətlər sahəsində müəyyən üstünlüklərə malikdir. İndi neft və qaz haqqında elmlər geologiya və kimyadır, gələcəkdə isə bərpa olunan enerji mənbələri fizika, riyaziyyat kimi elmlər tərəfindən tədqiq olunacaq. Ən yaxşı addım növbəti iki onillik ərzində neft və qazdan maksimum mənfəət qazanmaq və bu mənfəəti enerji ilə bağlı olmayan sahələrə yerləşdirməkdir".

Onun sözlərinə görə, neft ehtiyatları azalmasa da, Qərbdə hasilat yəqin ki, azalacaq:

"Bu, iri geosiyasi nəticələrə gətirib çıxaracaq. Dünya neft və qaz bazarı daha çox iştirakçının meydana çıxması ilə daha da likvidləşib ki, bu da enerji daşıyıcıları ticarəti ilə bağlı siyasətin dəyişməsinə gətirib çıxarıb. Əgər ABŞ səmt qazının ixracını bərpa etməsə, bu, bütün dünyada qiymətlərə və geosiyasətə təsir göstərəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Gəncə Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib (FOTO)
Gəncə Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib (FOTO)
“Təmiz Şəhər” ASC-nin dəstək verdiyi “Qarabağ İlmələrdə” layihəsinin açılış mərasimi olub (FOTO)
“Təmiz Şəhər” ASC-nin dəstək verdiyi “Qarabağ İlmələrdə” layihəsinin açılış mərasimi olub (FOTO)
Yağışın fəsadları "Azərsu" və kommunal təsərrüfatçılar tərəfindən aradan qaldırılır - BŞİH
Yağışın fəsadları "Azərsu" və kommunal təsərrüfatçılar tərəfindən aradan qaldırılır - BŞİH
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir
Xəzərdə Rusiya, Azərbaycan və İranın əməkdaşlığı ilə bağlı Moskvada beynəlxalq dəyirmi masa keçirilib
Prezident İlham Əliyev: Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur
Prezident İlham Əliyev: Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi ermənilərin bizim qarşımızda heç bir şansının olmadığını göstərdi
Prezident İlham Əliyev: “Sərhədsiz reportyorlar” təşkilatının hesabatı mənim və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır
Prezident İlham Əliyev: Qarabağın muxtariyyəti artıq müzakirə mövzusu deyil
Gəncə Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib (FOTO)
Prezident İlham Əliyev: Revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün Ermənistana xəbərdarlıq etmək vaxtıdır
Prezident İlham Əliyev Paşinyanla görüş barədə: Minsk qrupunun həmsədrləri təkliflə çıxış etsələr, biz buna qarşı çıxmarıq
Prezident İlham Əliyev: Azərbaycan heç vaxt, hətta müharibə zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib
Prezident İlham Əliyev: Müharibə bitib, münaqişə öz həllini tapıb
Beynəlxalq şirkətlər Azərbaycan iqtisadiyyatını dayanıqlı hesab edir
PKK “Fərat Qalxanı”nda terror aktı törədib - 2 ölü, 19 yaralı var
Azərbaycan Ordusunda Vətən müharibəsinin ildönümü münasibətilə silsilə tədbirlər keçirilib (VİDEO)
Avropa Şurası Ermənistanla Azərbaycan arasında etimadın qurulması üçün danışıqlara başlayıb
“Təmiz Şəhər” ASC-nin dəstək verdiyi “Qarabağ İlmələrdə” layihəsinin açılış mərasimi olub (FOTO)
Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası sürətlə davam etdirilir (FOTO)
Vətən müharibəsinin tarixini təhrif edən məktəb direktoru danışdı
Yağışın fəsadları "Azərsu" və kommunal təsərrüfatçılar tərəfindən aradan qaldırılır - BŞİH
CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib (FOTO)
Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət cədvəli
Bakıda yağış suyu ilə dolan ərazilər təmizlənib - FHN (VİDEO)
AŞ PA-nın postmünaqişə dövrünün yeni reallıqları fonunda qəbul etdiyi sənəd təəssüf doğurur - Deputat
“Müharibə dönəmində döyüş bölgəsinə ən yaxın filial idik” - Səbuhi Abdullayev, Bərdə filialının rəhbəri (FOTO)
Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb
AHİK İcraiyyə Komitəsi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb
Dövlət Agentliyinin işçilərinin say həddi artırıldı - FƏRMAN
Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil - MN
Mineral gübrələrin səyyar satışına başlanılıb
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarının rəhbərləri İkinci Fəxri Xiyabanı ziyarət ediblər (FOTO)
İqtisadi Şuranın səlahiyyətləri artırılıb
Vətən müharibəsi iştirakçısı işlə təmin olunub
AQTA 4 müəssisədə pozuntular aşkarlayıb
Qarabağ Dirçəliş Fondu AMCHAM üzvlərinin Ağdama səfərini təşkil edib (FOTO)
Qeyri-sabit hava şəraitində yollarda niyə tıxac olur?
Mingəçevir Dövlət Universitetində gənc əməkdaşlarla görüş olub (FOTO)
ABŞ-ın 5 ştatında Anım Günü ilə əlaqədar aksiya keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda Xalq - Prezident vəhdəti heç zaman sarsılmayacaq - Deputat
Azərbaycanda 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub
“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib (FOTO)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb
Unibankın mobil əlavəsindən “Contact”la pul köçürmək çox sərfəlidir
Anım günü hər bir azərbaycanlı üçün müqəddəs gündür - Kamaləddin Qafarov
Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi - Livanlı ekspert
Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib (FOTO) (YENİLƏNİB)
Abşeronda 3 şəhidin il mərasimi keçirilib (FOTO)
Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın inkişafına dair Dəyirmi Masa keçirilib (FOTO)
AzMİU tələbələrinin buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb (FOTO)
Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün yeni perspektivlər açacaq - Spiker
Bank kartları üzərində qurulan fırıldaq əməliyyatları ilə bağlı açıqlama
Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300 qaziyə xidmət göstərilib
Bakıda avtobus sürücüsü qapını əlində aparır - BNA-dan açıqlama
UNEC ilə "McDonald’s Azərbaycan" arasında memorandum imzalandı (FOTO)
Türkiyə hər zaman Azərbaycanın yanındadır - Mustafa Şentop
İranda 11 min nəfər koronavirusa yoluxub, 239 nəfər ölüb
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb
Azərbaycanın təbii qaz ixracı 30 faizdən çox artıb
Çaylardakı sululuq səviyyəsi açıqlanıb
ADU-nun Konfutsi İnstitutunda Çinin milli bayramı qeyd olunub
Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi (VİDEO)
Qarabağla bağlı üçtərəfli razılaşmanın başlıca nəticəsi sabitlikdir - Lavrov (ƏLAVƏ OLUNUB)
Gömrük Akademiyasında Anım Günü münasibətilə tədbir keçirilib (FOTO)
İsraildə Anım Gününə həsr olunmuş aksiya təşkil edilib (VİDEO)
Könüllülərin iştirakı ilə "Vətən var olsun!" adlı fləşmob keçirilib (FOTO/VİDEO)
Gürcüstanın baş naziri Azərbaycana gəlir
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb (FOTO)
Şəhid ailələri və qazilərlə bağlı “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 518-ə çatıb
Mingəçevir Dövlət Universitetinin startap komandasının növbəti uğuru (FOTO)
Qarabağ qazisi işlə təmin olunub
Cənubi Koreyada 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək
Sabahdan daha bir avtobusda ödəniş kartla olacaq
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü
Ata Abdullayevin məhkəməsinin vaxtı məlum oldu
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək
Azad edilmiş ərazilərdəki yeni işıq xətləri ilə hektarlarla torpaq sahəsinə qənaət ediləcək - "Azərişıq"
Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib (FOTO)
Prezident İlham Əliyev: Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilə bilər, əlbəttə, bizim narazılığımız da var
Prezident İlham Əliyev Anadolu agentliyinə müsahibəsində İran tırları ilə bağlı məsələyə aydınlıq gətirib
Daha 62 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Qarabağdan 20-yə yaxın sahibkar elektrik təchizatı üçün müraciət edib
Müdafiə Nazirliyi "Qarabağ - 44" adlı videoçarx hazırlayıb
Prezident İlham Əliyev: Ermənilər artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bərpa işlərinə cəlb edək
Avropada təbii qazın qiyməti tarixdə ilk dəfə min dolları keçib
Prezident İlham Əliyev: Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir
Bitki sağlamlığının təmin edilməsi istiqamətində təcrübə mübadiləsi genişləndirilir
Prezident İlham Əliyev: Ermənistan xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə
28 sentyabr Ümumdünya quduzluq xəstəliyi ilə mübarizə günüdür
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik
SOCAR Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin həcmini açıqlayıb
Təmir aparılan 22 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq
Rusiyada koronavirusdan gündəlik ölüm sayı anti-rekordu yeniləyir
Prezident İlham Əliyev: Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir
Prezident İlham Əliyev: “Ağa qara, qaraya ağ demək” Ermənistan rəhbərlərinin xislətidir
Prezident İlham Əliyev: Bizim icazəmiz olmadan Qarabağa heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz
Bütün xəbərlər