...

Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

İqtisadiyyat Materials 4 Avqust 2021 14:42 (UTC +04:00)
Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutu 2021-ci il 16-17 sentyabr tarixlərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək.

Konfransın plenar iclası Ağdamda, digər iclasları onlayn təşkil olunacaq.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq:

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;
- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;
- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;
- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti