Bakı. Zeyni Cəfərov - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 72,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,76 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel azdır.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)