...

Azərbaycan nefti cüzi bahalaşıb

İqtisadiyyat Materials 11 Sentyabr 2021 12:13 (UTC +04:00)
Azərbaycan nefti cüzi bahalaşıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 73,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə dəyişməz qalıb.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,39 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel azdır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti