...

Qazaxıstan Azərbaycanla aviaəlaqənin bərpası ilə bağlı danışıqları davam etdirəcək

İqtisadiyyat Materials 20 Sentyabr 2021 20:34 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Qazaxıstanın Sənaye və İnfrastruktur Nazirliyi Azərbaycanla aviaəlaqənin bərpa olunması məsələsi ilə bağlı danışıqları davam etdirəcək.

Bu barədə Trend-ə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, aviauçuşların bərpası məsələsi qurumlararası komissiyanın qərarından asılıdır: "Qazaxıstanın səlahiyyətli qurumunun qərarına əsasən, hazırkı mərhələdə mövcud epidemioloji vəziyyətlə əlaqədar birbaşa aviaəlaqənin bərpası üçün erkəndir"

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti