...

Azərbaycanın Türkiyəyə ixracı azalıb

İqtisadiyyat Materials 21 Sentyabr 2021 20:25 (UTC +04:00)
Azərbaycanın Türkiyəyə ixracı azalıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq 1,756 milyard dollara bərabər olub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Türkiyənin Azərbaycanın ümumi ixracında pay 13,58 faiz təşkil edib.

2021-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana idxal ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 1,128 milyard dollara bərabər olub. Azərbaycanın idxalında Türkiyənin payı 15,35 faiz təşkil edib.

İki ölkə arasında ticarət dövriyyəsi isə ötən ilin yanvar-avqusta ayları ilə müqayisədə 0,5 faiz azalaraq 2,885 milyard dollar olub.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti