...

Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus aşkar olunub

İqtisadiyyat Materials 25 Sentyabr 2021 09:21 (UTC +04:00)
Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus aşkar olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Türkiyədən idxal olunan meyvə və pomidorlarda virus aşkar edib.

Trend-in məlumatına görə, bu barədə federal xidmət bildirib.

Qeyd olunub ki, aparılan yoxlamalar zamanı Türkiyədən tədarük olunan meyvələrdə qonur monilioz çürümə xəstəliyi, pomidorlarda isə qəhvəyi qırışıqlıq virusuna yoluxma müşahidə olunub.

Bildrilir ki, Rusiya tərəfi bu məsələ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Ərzaq və Nəzarət Baş İdarəsini məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti