...

Avropada təbii qazın qiyməti 1 200 dollara çatıb

İqtisadiyyat Materials 1 Oktyabr 2021 11:18 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollara çatıb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetri 1 199,44 dollara alınıb-satılır.

Ötən gün təbii qazın qiyməti 1 070 dollaradək artmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti