...

Həftə içi rayonlarda hotellər və istirahət mərkəzləri boş qalır - AÇIQLAMA

İqtisadiyyat Materials 8 Oktyabr 2021 11:40 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Rayonlarda həftə içi hotel və istirahət mərkəzlərində boşluq olur.

Bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.

Ekspert bildirib ki, artıq tətil başa çatıb, insanlar işlərinə qayıdıblar:

“Yay fəslindəki kimi sıxlıq müşahidə edilmir. Ona görə də istirahət mərkəzləri müəyyən endirim kampaniyaları edir və yaxud da bəzi xidmətləri pulsuz təklif edirlər. Ümumən qiymətlərdə təqribən 30 faizə qədər azalma müşahidə edilir”.

O qeyd edib ki, digər tərəfdən hava şəraiti də öz təsirini göstərir: “Bu il havalar daha tez sərinlədi ki, bu da istirahətə gedənlərin sayının azalmasına səbəb olur. Bəzi hotellər "4 gün qal, 3 gün ödə" kimi endirim kampaniyaları da həyata keçirirlər. İndi vətəndaşlar regionlarda əvvəlkindən daha ucuz qiymətə istirahət edə bilərlər”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti