...

Aviabiletlərin qiymətinin ucuzlaşmasını gözləməyə dəyərmi? - Ekspert rəyi

İqtisadiyyat Materials 15 Oktyabr 2021 10:41 (UTC +04:00)
Aviabiletlərin qiymətinin ucuzlaşmasını gözləməyə dəyərmi? - Ekspert rəyi

Bakı. Trend:

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslər yerinə yetirilərkən AZAL aviaşirkətinin Ermənistan üzərində hava məkanından istifadə etməsi aviabiletlərin qiymətlərinin ucuzlaşdırılması ilə bağlı müzakirələrə səbəb olub.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanovun Trend-ə verdiyi məlumata görə, daxili aviareyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir.

Bundan başqa, onun sözlərinə görə, yeni hava dəhlizindən istifadə uçuş müddətinin və yanacaq sərfiyyatının cüzi azalmasına gətirib çıxaracaq ki, bu da aviabiletlərin qiymətlərinin ucuzlaşmasına təsir göstərməməlidir.

G.Qəhrəmanov dünyada aviasiya yanacağının qiymətinin nəzərəçarpacaq dərəcədə bahalaşdığını daha bir ciddi amil adlandırıb:

“Əgər əvvəllər Azərbaycan aviadaşıyıcıları üçün aviasiya yanacağının dəyəri sabit idisə, bu gün qiymət onlar üçün Platts kotirovkalarına bağlıdır. Şübhəsiz ki, aviayanacağın qiymətinin artması aviaşirkətlərdə maliyyə yükünü ciddi şəkildə artırır”.

Ekspertin fikrincə, aviayanacağın bahalaşması pandemik böhran səbəbindən aviaşirkətlərin onsuz da qeyri-sabit olan iqtisadiyyatına mənfi təsir göstərəcək. Koronavirus infeksiyası pandemiyası aviasiya sahəsinə ciddi mənfi təsir göstərib:

“Aviasiya sənayesi əvvəllər heç vaxt oxşar miqyasda böhran yaşamamışdır – pandemiya dövründə aviaşirkətlərin əksəriyyəti beynəlxalq və daxili uçuşları dayandırmışdı. Bu gün aviadaşıyıcılar, o cümlədən Azərbaycan aviadaşıyıcıları tədricən marşrut şəbəkəsini tənzimləyir və pandemiyaya qədər olan uçuş coğrafiyasına qayıdırlar. Bu səbəbdən, yalnız bütövlükdə sahənin bərpasından və aviauçuşların pandemiyaya qədər müşahidə olunan səviyyəyə qədər bərpa edilməsindən sonra sərnişindaşıma tariflərinin aşağı salınması barədə danışmaq mümkün olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti