...

BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 19 Oktyabr 2021 16:13 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ildə Azərbaycanda inflyasiya 4,4 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatına istinadən məlumat verir. 2020-ci ildə bu göstərici 2,8 faizə bərabər idi.

Proqnoza əsasən, 2022-ci ildə inflyasiya 1,2 faiz azalaraq 3,2 faiz səviyyəsində olacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkədə 2021-ci ilin yekunlarına əsasən 4 faiz səviyyəsində olacağını proqnozlaşdırmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti